Zamiq Zerdabi – Düşdün

Standard

074

Gör neçə ilimi aldın əlimdən,
Sən mənim ömrümə boşuna düşdün.
Bir şeyə pis ollam, niyə axı sən,
Ömrümün ən yaxşı yaşına düşdün.

Səndə daha nəyim qaldı, bilmirəm,
Səni hansı zalım aldı, bilmirəm,
Səni kim toruna saldı, bilmirəm,
Bəlkə də, elə öz xoşuna düşdün!?

Nə qədər cəhd etdim, bacarmadım mən,
Fikrim də, ruhum da, xəyalım da – Sən!
İstədim mən səni salım gözümdən,
Gəldin ürəyimin başına düşdün.

07.04.2013

One response »

  1. Belke de fikirlerimi istediyim sekilde ifade ede bilmirem. Amma men bele dusunurem ki, her bir insanin qelbinde yasatdigi ulvi, muqeddes hissleri var. Bu hissleri hamidan qoruyur insan. Haminin bildiyi bir esqi (ugursuz ve ya ugurlu) hisslere cevirib qelbinin derinliyinde gizledirsen ve bir omur boyu onu sirinlesdirerek ozunle yasadirsan……………………….

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma