Aran gözəlinə yetməyən mesaj.
Elə bildin unutmuşam mən səni,
Elə bildin yad tutmuşam mən səni,
Sən bir gülsən qurutmuşam mən səni?!
Ey Aran gözəli! Aran gözəli!
Varmı sənin kimi sevgili canan?
Yoluma dikilən gözünə qurban!
Səni mənim üçün doğubdu, anan,
Ey Aran gözəli! Aran gözəli!
Çəksəm də sinənə həsrət dağları,
Solsa da Dəmirin güllü bağları,
Biz qoşa gəzərik bir gün dağları!
Ey Aran gözəli! Aran gözəli!
Advertisements