MİRMEHDİ SEYİDZADƏ – Güllər içində

Standard

027 (2)

Gördüm o gözəl çöhrəni al tüllər içində
Sandım ki, qızıl gül görürəm güllər içində.

Sünbüllərin ətri xoş olur bağda, çəməndə,
Yox saçlarının bənzəri sünbüllər içində.

İllər dolanır, hüsnünə təsir edə bilmir,
Sən qəlbə yatan ay kimisən illər içində.

Dünyada gözəl yoxsa da, lakin sənə bənzər,
Bir nazlı gözəl görməmişəm ellər içində.

Mir Mehdi vüsal həsrətini qəlbinə salmış,
Yar, qoyma onun qəlbini nisgillər içində.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma