Xurşidbanu Natəvan (Natəvan) – Qəzəl

Standard

f614

Kəcrəvişdir bu asiman, əfsus!
Bivəfadır cahanü can, əfsus!

Nə yaman dağ imiş oğul dağı,
Mənə üz verdi imtahan, əfsus!

Göz evin qoydu nagəhan xali,
Oldu ol mərdümün nəhan, əfsus!

Mehrini kəsdi mən bəlakeşdən,
Oldu xak ilə mehriban, əfsus!

Ey gözüm nuri, hasili-canim,
Çəkərəm sənsiz əlaman, əfsus!

Sərv qəddin düşübdü xak üzrə,
Sənə bid oldu sayəban, əfsus!

Səni ləbtəşnə yad edəndə olur
Göz yaşım cuy tək rəvan, əfsus!

İzzətü cahü dövlət içrə səni
Görmədim bircə kamran, əfsus

Arizuvu həvəs xəcil səndən,
Olmadın hiç şadmai, əfsus!

Səni ağuşə çəkdi xaki-siyah,
Əşkdən bağrım oldu qan, əfsus!

İtirib bu şüküftə qönçəsini,
Qaldı sərgəştə Natəvan, əfsus!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma