Xalq mahnısı – Ay qız

Standard

Məni atdın ay qız, ay qız atəşə
Ağlamaqdır hər zaman inan peşə

Atacaqdın məni sevdin söylə bəs neçin?
Doldur eşqin şərbət kimi, ver içim
Söylə, söylə sənə belə nə oldu yar?

Çağırıram gəl, haralarda qalmısan?
Məni incitmə,
Yalvarıram yar məni atma, tərk etmə.

Atacaqdın məni sevdin söylə bəs neçin?
Doldur eşqin şərbət kimi, ver içim
Söylə, söylə sənə belə nə oldu yar?

Gözü yolda qaldım, qaldım, ay gözəl
Bahar ötdü, yarpaqlar oldu xəzəl

Yollarına baxa baxa qaldı gözlərim,
Sənə çatsın ürəyimdəki sözlərim,
Söylə, söylə nə oldu yar?

Çağırıram gəl, haralarda qalmısan?
Məni incitmə,
Yalvarıram yar məni atma, tərk etmə.

Atacaqdın məni sevdin söylə bəs neçin?
Doldur eşqin şərbət kimi, ver içim
Söylə, söylə sənə belə nə oldu yar?

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma