Xoş gəldin, sevgilim, ömrümə mənim
Məni qəmdən aldın, sevgiyə bükdün
Bir işıq saçdın ki, könlümə mənim
Qışım bahar oldu, dumanım çökdü
Açdın qəlbimdəki yeddi otağı
His basmış, toz basmış güşələrini
Sənin nəfəsinlə sevgim çırağı
Saçmağa başladı şölələrini
Mənim dan ulduzum, nurlu günəşim
Nə gözəl ömrümə qəfil saçıldın
Bahar qızılgülü gətirər, amma
Yazı gətirməkçün əvvəl açıldın
İndi həyatımda sən varsan, gülüm
Görən xoşbəxt varmı, məndən savayı?
Mən eşq mələyim, ağqızılgülüm
Hər şeyim sənindir, səndən savayı…
İmişli
05 oktyabr 2012-ci il
Advertisements