Nəriman Həsənzadə – Mənə elə gəlir görüşəcəyik

Standard

Mənə elə gəlir görüşəcəyik,
Uzun sürməyəcək bu həsrət, bu qəm.
Sonra təəssüflə gülüşəcəyik
Sənə necə gəlir… Onu bilmirəm.

Mənə elə gəlir, mənim çiçəyim
Gedər küsümüz də bir dəfə görsən
Genişdi,böyükdü sənin ürəyin
Sənə necə gəlir… onu bilmirəm.

Mənə elə gəlir haraya getsən
Gözündə, könlündə yalnız tək mənəm.
Sən məni unuda bilməyəcəksən
Sənə necə gəlir… onu bilmirəm…

Mənə elə gəlir yaşamaq olmaz
Günəşsiz,havasız belədi aləm
Həmdəmsiz çətindi… söz çox, ömür az
Sənə necə gəlir… onu bilmirəm..

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma