M.H.Şəhriyar – Naz eyləmisən

Standard

Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (Şəhriyar) – Naz Eyləmisən(Azərbaycan gözəli)

Çoxlar incikdi ki sən onlara naz eyləmisən
Məndə incik ki mənim nazımı az eyləmisən

Etmisən nazı bu viranə könüldə sultan
Evin abad ola dərvişə niyaz eyləmisən

Hər baxışda çalısan kipriyi mizrab kimi
Bir qulaq ver bu sınıq qəlbi nə saz eyləmisən

Başdan aç yaylığı əfşan eylə susən sünbül
Sən bizim bayramımızsan qışı yaz eyləmisən

Sən gün ol qoy qəmimiz dağda qar olsun ərisin
Mənim ancaq işimi suzoqodaz eyləmisən

Mən bu mə’nadə qəzəl yazmağa halım yoxudu
Sən cocuq tək qocanı fırfırabaz eyləmisən

Kakili başda burub bağlamısan taac kimi
O qızıl saçdan ona güllü qotaz eyləmisən

Sinə bir dəşt-i muğandı quzu yanyanə yatıb
Mənim ağlar gözümü orda araz eyləmisən

Bu gözəllik ki cəhanda sənə vermiş tanrı
Hər qədər naz eləsən eylə ki az eyləmisən

Məni bu suzilə atdın aralandın bilirəm
Aranı bir para namərdilə saz eyləmisən

Dəstəmaz eylədiyin çişmə məsiha qanıdır
Bilmirəm hansı klisadə namaz eyləmisən

Mən Əşirran1 oxusam pəncə Əraq1 üstə gəzər
Gözəlim Türk1 olalı tərk-i Hicaz1 eyləmisən

Taza şaiir bu dəniz2 hər nə baxırsan dibi yox
Çox uzatsan boğazı ördəyi qaz eyləmisən

Bəs ki zülf o xət o xalın qopalağın götdün3
Zülfəlinin başını az qala daz eyləmisən

Gəl mənim istədiyim kə`bə yıxılmaz ucalar
Başdada kəj4 gedəsən dibdə taraz eyləmisən

Xət o xalından alıb məşqini qur`an yazaram
Bu həqiqətlə məni əhl-i məcaz eyləmisən

Məni dan ulduzu yaxşı tanırsan ki səhər
Ufuqi xəlvət edib raz o niyaz eyləmisən

Şəhriyarın dağılıb dağda daşa daldalanıb
Özün insaf elə məhmudi əyaz eyləmisən

1 Əşirran, Əraq, Türk, Hicaz: Muğam müsiqi dəsgahlarının adlarıdır.
2 Dəniz: Dərya.
3 Qopalağın götürmək: Birinin dalınca qaçıb təqib etmək.
4 Kəj: Kəc, Əyri.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma