Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi – Səsli şeir (Məhəmməd Füzuli)

Standard

Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi?
Ağardı muyi-sər, sevdayi-zülfi-yar yetməzmi?

Yetirdi başini gərdun ayağə bari-möhnətdən,
Xəyali-həlqeyi-giysuyi-ənbərbar yetməzmi?

Sənə yetdi əcəl peymanəsin nuş etməgə növbət,
Həvayi-çeşmi-məstü qəmzeyi-xunxar yetməzmi?

Yetər oldu qulağə bangi-rehlət dəhr bağından,
Nə durmuşsan, təmaşayi-güli-rüxsar yetməzmi?

Yetər, cəm eylə bari-məsiyət, təğyiri-ətvar et,
Həya qıl, yoxmudur insafın, ol kim, var yetməzmi?

Hidayət mənzilinə yetdilər səyilə əqranın,
Zəlalət içrə sən qaldın, sənə ol ar yetməzmi?

Füzuli, demə yetmək mənzili-məqsudə müşküldür,
Tutan damani-şəri-Əhmədi-Muxtar, yetməzmi?

İfa edən : Şahrux Nəxə’i

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma