Category Archives: Abdulla Şaiq

Abdulla Saiq – BÖYÜK XADİM

Standart

Abdulla Şaiq1

(Həsənbəy Zərdaninin vəfatı münasibətilə)

Bu sənmisən ey dahiyə, ey nəcmi-müzəffər?!
Almış səni ağuşuna tabuti-mükəddrər!

Ey şanlı “Əkinçi!”, sən idin gəncliyə rəhbər!
Aldı səni bizdən ölüm, ey nur saçan ülkər!

Ey adlı, şərafətli, fədakar, böyük insan,
Aləmlərə sığma vətənə etdiyin ehsan.

Ruhun ola şad, ey ata, inamla çalışdın.
Sönməz, böyük ümmid ilə, vicdanla çalışdın.

Bar vermədədir bəslədiyin dadlı diləklər,
Almış sənin ətrafını, bax, canlı çiçəklər.

Həsrət gözünü aç bir an, ey şanlı mücahid!
Minlərcə bu məktəbli cavanlar buna şahid.

Yordu o zəif cismini zəhmət və məşəqqət,
Doğma vətənin qoynuna gir, ol daha rahət.

Gəlmiş hamı qəlbində kədər son görüşə,bax!
Mümkünmü səni, ey böyük insan, də, unutmaq!

1907

Abdulla Şaiq – TƏBRİZ

Standart

tebriz

Məm çoxdan həsrətəm vüsalə, Təbriz.
O ceyran baxışlı cəmalə, Təbriz.
Qəlbimin içində tellər sızlayır,
Arabir gəldikcə xəyalə Təbriz.
Bir zaman gülərdin, çiçəklənərdin,
Bənzərdin meyvəli nihalə (1), Təbriz.
Azadə yurdunun saf göylərində
Oxşardın bir yeni hilalə, Təbriz…
Gec açdı, tez soldu al çiçəklərin,
Qurudu o coşqun şəlalə, Təbriz.
Biz yenə üzürük şənlik içində,
Sən neçin düşmüsən bu halə, Təbriz?
Xəzərə axarkən birləşmiş Araz,
O taydan gətirir ah-nalə Təbriz.
Hər yanı bürümüş zülmün alovu,
Qəlbindir dağ görmüş bir lalə, Təbriz.
O şirin ömrünə kim qatdı zəhər?
Cavab ver bu haqlı sualə, Təbriz.

1949

(1) Cavan, düz ağaca

Abdulla Şaiq – BİR QUŞ

Standart

046

Oturmuş nəğməzarında həzin fəryad ədər bir quş!
Alır gül yarpağından eşq dərsin, dad edər bir quş
Bu eşqin məktəbində şərqilər inşad(1) edər bir quş!
Buraxmaz ahü zarı, könlümü naşad edər bir quş!

Neçin ol quşcığaz könlüm kimi məftuni-möhnətdir(2)?
Ürək çırpındıran hər naləsi bir daği-həsrətdir?
Onun hər nəğməsi hicran əlindən bir şikayətdir.
Məhəbbət əhlini rəhbər kimi irşad edər bir quş!

Dalır aləm sükutə eylədikcə qəmfəza fəryad(4),
Nədəndir rəqsgahındır oturmaz bir zaman dilşad?
Xəzanın zülm, cövründən deyil bir ləhzə o azad.
Həzin ötdükcə hər an qəlbimi bərbad edər bir quş!

Sədayi-dilfiribi(5) eyləyir vicdanımı bidar,
İlahiləhndir(6), enmiş səmadən ol pərigöftar(7),
Böyük bir musiqi ustadıdır ki, kəşf edər əsrar.
Mənim viran olan bu könlümü abad edər bir quş!

Sədası çox dərin təsir edər əfkarə, vicdanə,
Verər ən incə, ən saf duğular bir şair insanə.
Deyil əfsanə fəryadı,cəfadən gəlmiş əfğanə,
Bahar əyyyamını min həsrət ilə yad edər bir quş!

Gecə-gündüz o quş da bu dəli könlüm kimi sızlar,
Kimin hüznilə olmuş dilfikar(8) bu nazənin qəmxar?
Onun hər nəğməsində başqa məna, başqa hikmət var.
Mənim fəryadi-məhzunami bünyad(9) edər bir quş!

1907


1)İfadə ile oxuma
2)Qəm vurğunudur
3)Düz yola çəkər
4)Qəm gətirən
5)ürAllah səslidirk açan səsi
6)Allah səslidir
7)Gözəl dilli
8)Ürəyi yaralı
9)Özül, təməl

Abdulla Şaiq – VƏTƏN

Standart

azerbaycan bayrağı13

Ey çeşmimin önündə mücəssəm, vətən, vətən!
Qəlbim kimi ələmlərə həmdəm, vətən, vətən!
Fikrim sarayını dolaşırsan zaman-zaman,
Qanlı kəfənlə, dərd ilə toəm(1) vətən, vətən!
Baxdıkca həsrət ilə o solğun camalına,
Çeşmimdə tar(2) görsənir aləm, vətən, vətən!
Axşam-səhər o gül üzünü isladan nədir ?
Göz yaşlarınmı, yoxsa ki , şəbnəm? vətən, vətən!
Dəhşət içində cismi-şərifin donub durur,
Nolmuş vücudi-pakinə bilməm, vətən, vətən!
Baxdıqca gül-çiçəkli o gülgün çəmənlərə,
Möhnət evi sanır onu adəm, vətən, vətən!
Sənsən səbəb bəqayi-dilü(3) cani-natəvan(4)
Canım kimi nolar səni sevsəm, vətən, vətən!
Gördükcə dərdini əriyir cismi-natəvan,
Ney tək sızıldayır dili-pürqəm, vətən, vətən!
Qarşımda dərd, matəmə batmış gözəl mələk,
Səslər həzin səda ilə hərdəm: vətən, vətən!
Ey xaki-pak, söndümü parlaq ziyaların?
Odunmu zülmə, möhnətə həmdəm , vətən, vətən!
Övladi-naxələfmi səni saldı bu günə?
Eyvah, bu dərd, möhnətə dözməm, vətən, vətən!
Aç, aç o qəmli köksümü, ey məxzəni-məlal(5),
Bas bağrına bu Şaiqi möhkəm, vətən, vətən!

1905

(1)Əkiz; bənzər
(2)Qaranlıq
(3)Əbədi ürək
(4)Zəif bədən
(5)Qəm xəzinəsi

Abdulla Şaiq – Bir quru salam…

Standart

Göz - 2

Qorxma susmağımdan, ay ürək param,
Nəyinə gərəkdi bir quru salam?
Verməsəm dağılan deyil ki, dünyan
Mən ki həsrətinlə hələki sağam.

Gülümsə gözlərin görməsin qəmi,
Unut olanları olmamış kimi.
Daha mən də yoldan ötən bir yadam
Nəyinə gərəkdi bir quru salam?

Bir sevgi kəlməsi gizlənəcəksə,
Sənə verəcəyim hər salamımda
Sevgim gizlənməkdən hey bezəcəksə,
Nəyimə gərəkdi bir quru salam…

İş : Cenan Bayramoğlu

Abdulla Şaiq

Standart

abdulla şaiq-1

Qorxma susmağımdan ay ürək param
Nəyinə gərəkdi bir quru salam
Verməsəm dağılan deyilki dünyan
Mənki həsrətinlə hələki sağam

Gülümsə gözlərin görməsin qəmi
Unut olanları olmamış kimi
Daha məndə yoldan ötən bir yadam
Nəyinə gərəkdi bir quru salam

Bir sevgi kəlməsi gizlənəcəksə
Sənə verəcəyim hər salamımda
Sevgim gizlənməkdən hey bezəcəksə
Nəyimə gərəkdi bir quru salam.

Abdulla Şaiq – Bahar gəlir

Standart

abdulla şaiq - bahar gelir

Əs, ey ətirli dan yeli,
Könülaçan bahar gəlir.
Bənövşə, yan dara teli,
Bağa sevimli yar gəlir.

Bulud, gecikmə, düş yola,
Çəmənləri süpür, sula,
Səadət ilə qol-qola
Könülaçan nigar gəlir.

Məhəbbətin çırağıdır,
Yeri könül bucağıdır.
Sıxıntı, dərdi dağıdır,
Elə, günə dutar gəlir.

Günəşlə vermiş əl-ələ,
Üzü şəfəq saçır gülə,
Görüncə hüsnünü elə,
Sevinc gəlir, vüqar gəlir.

Baxın qanadlanan göyə,
Qaranquşa, qaz, ördəyə,
-Vətən, Vətən, Vətən, – deyə
Yenə qatar-qatar gəlir.