Od çərşənbəsi

Standart

Bu gün xalq təqvimi ilə Boz ayın ikinci çərşənbəsi – Od çərşənbəsidir. Od çərşənbəsi Azərbaycan xalqının min illər boyu bayram etdiyi Novruz yaradılışının mərhələlərini əks etdirən dörd ünsürdən biridir.

Xalq arasında bu çərşənbəyə bəzən Üskü çərşənbə, Addı çərşənbə də deyilir.

Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. İnanclara görə, tonqal yeni həyatın, baharın, istiliyin gəlişinin rəmzidir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu “Kitabi Dədə Qorqud”-da aydın görmək olar.
Qədim zamanlardan Novruz bayramı bu çərşənbələrlə tanınır və məhz ikinci çərşəbənin odun adı ilə bağlı olması da məncə təsadüf deyildir.
Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi günündə qazanlar qayanamalı, insanların ocağının üstü boş qalmamalıdır. Od çərşənbəsi tədqiqatçılar tərəfindən qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan Atəşpərəstlik dini ilə bağlanılırdı. Çünki Zərdüşt tərəfindən yaradılan Avesta kitabındakı odun müqəddəsliyi və insanların oda olan inamı, sitayişi tarix boyunca özünü güclü şəkildə göstərmişdir. Hətta Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşhag da buna əyani misaldır

Zərdüşt görüşlərindən hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, təbiət o qədər tez isinər, adamlara хoşbəхtlik gətirər. Kənd yerlərində bütün kəndi od çərşənbəsinin olması ilə bağlı agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa hündür yerlər seçərək, o hissələrdə tonqalın qalanması daha məqsədə uyğun hesab olunurdu.

İnsanlar öz qapılarında, evlərinin qarşısında və məhəllələrində tonqal qalamaq üçün əllərinə taхtadan məşəllər alır, həmin böyük tonqalın yanına gedərək oradan alov götürürdülər. Sonra həmin alovu tonqal qalayacaqları yerə gətirib, alovu yandırırdılar. Müasir dovrdə də çərşənbə aхşamı hər kəs öz həyətində tonqal qalamaqla çərşənbə adət-ənənələrini davam etdirir.

Adət-ənənəyə görə, Od çərşənbəsində tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün xəstəlikləri, pislikləri və azar-bezarları odda yandırırlar.
Dünyada istilik mənbəyi olan günəş, od, alov həmişə insanlar tərəfindən sevilmiş və qorunumağa çalışılmışdır.
Havaların isti keçməsi, günəşin çıxması insanlar tərəfindən istənilir və buna aid bir çox nəğmələr, şerlər oxunulmağa başlanılır. Həmçinin tonqal haqqında ümumi məlumatlara “Kitabi Dədə Qorqud” kitabında da rast gəlmək mümkündür. Burada da tonqala olan münasibət və onun müqəddəsliyi haqqında geniş yazılar yazılmışdır.

Bu çərşənbədə odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd edirlər. Odla bağlı olan bir çox xalq deyimləri-inanclar, atalar sözləri, andlar, alqışlar bu günə kimi qalmaqdadır. Məsələn: od inamdandır; odla oynayan odsuz qalar; odu söyən qara günə qalar; ocaq dağıdanın ocağı dağılar; ocaq yanında səslənirsə, demək, kimsə sözünü danışır; od haqqı!; ocağın qaralmasın!; od-ocağa həsrət qalasan!

Digər çərşənbələrdə olduğu kimi Od çərşənbəsi günündə də qazanlar qaynamalı, ocaqların üstü boş qalmamalıdır. Bu gün imkan dərəcəsində hər kəsin evində istilik verən yeməklər bişirilməli, süfrə açılmalı, xonça bəzənməli, şamlar yandırılmalıdır. Şam istiliyin, odun, işığın qorunub saxlanması, səadətin rəmzidir. Ona görə də hər kəs Od çərşənbəsini şad, şən və bolluq içində keçirməyə can atır.

Bu çərşənbə özünün adət-ənənələri, ritualları ilə zəngindir. İstiliyin qorunması, istiliyin yenidən qayıdıb torpağa hopması, torpaqda istiliyin başlanması və nəhayət, əmək mövsümünün başlanması üçün torpağa məhsul əkininə hazırlıq ənənələri Od çərşənbəsində əksini tapır.

Bu çərşənbədə daha güclü tonqallar çatılmalı, daha güclü atəşfəşanlıq keçirilməlidir, tonqalın ətrafına toplaşan insanlar odun üzərindən atlanmaqla köhnə ildən qalan əzablarını, ağırlıqlarını sanki arxada qoyur və yeni ildə xoşbəxt, firavan həyat yaşayacaqlarına inanırlar.
Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə gəlməsi və onun yandırıması ilə müəyyən işlərin bəyan edilməsi də tamam seçilir.
Od çərşənbəsinə və oda aid olan bir çox atalar sözləri və məsəllər də vardır. “Odu su ilə söndürmək olmaz”, “Od çərşəbəsində ocağı boş qoymazlar” və s.
Qeyd edək ki, həmin gün hamı müxtəlif xörəklər bişirməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. Bu süfrənizin bollu, bərəkətli olması, ilinizin şirin və sevinc dolu keçməsinə səbəb olur. Bu əsas inanclar və insanların inamları nəticəsində meydana gəlir.
Kənd yerlərində isə bütün kəndi od çərşənbəsinin olması ilə bağlı agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa hündür yerlər seçərək o hissələrdə tonqalın qalanması daha məsləhət uyğun hesab olunurdu. İnsanlar isə öz qapılarında, evlərinin qarşısında və məhəllələrində tonqal qalamaq üçün əllərinə taxtadan məşəllər götürür, həmin böyük tonqalın yanına gedərək oradan alov götürürdülər. Sonra həmin alovu öz tonqal qalayacaqları yerə gətirib, alovu yandırırdılar.
Od çərşənbəsi ilə bağlı yaddaşlarda qalan bir çox nəğmə, etiqad, mərasim, mif və rəvayətlər bu günümüzədək gəlib çatıb. Onlar arasında oda, ağaca olan inamlar da xüsusilə diqqəti cəlb edir. Məsələn, “ocağı şər vaxtı söndürməzlər”, “od çərşənbəsində ocağı boş qoymazlar” və sair. Od çərşənbəsi özünün adət-ənənələri, ritualları ilə zəngindir. İstiliyin qorunması, istiliyin yenidən qayıdıb torpağa hopması, torpaqda istiliyin başlanması və nəhayət, əmək mövsümünün başlanması üçün torpağa məhsul əkininə hazırlıq ənənələri, ritualları bu çərşənbədə əksini tapır. Atmosferin, havanın istiliyi, insan bədənində, ağacın bətnində, torpaqda istilik və nəhayət, bütün bu istiliklərin məcmusu olan odun qorunub saxlanması, odun əldə olunması və bununla insan həyatının dəyişməsi görüşləri bu çərşənbə etiqadlarında bu və ya digər şəkildə özünü əks etdirir.

İnsanlar bir qayda olaraq bu bayramda tonqalların ətrafına yığışaraq arzu və diləklərini söyləyirlər.

Od çərşənbəniz mübarək!

About these ads

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s