Bəhlul Danəndə Lətifələri

Standart

Bəhlul Danəndənin evlənmək istəyən bir nəfərə məsləhəti.
Günlərin birində birisi gəlib Bəhlul Danəndəyə deyir:
Bəhlul, mən evlənmək istəyirəm, bir ağıllı məsləhət ver, kimi alım?
Bəhlul deyir:
Qız alsan sən bilərsən, dul alsan mən bilərəm, ərindən boşanmış alsan, nə sən bilərsən, nə mən.
Sonra Bəhlul:-Dəh, atım, dəh,-deyib qarğı atını səyridir. Kişi Bəhlulun dalınca yüyürüb deyir:
Ay Bəhlul, axı mən səndən söz soruşdum, sən heç nə demədin.
Bəhlul deyir:
Bala, sən məni başa düşmədin, mən sənə öz məsləhətimi verdim. Özü də dedim ki, özün bilərsən hansını alarsan, qabaqcadan xasiyyətlərini də söylədim.
Oğlan yalvarır ki, Bəhlul Danəndə, yenə başa düşmədim, açıq de…
Bəhlul deyir:
Bala, mənim sözlərimin mənası belədir: qız alsan, sən nə desən deyəcək ki, sən bilərsən, çünki qız səndən başqasını görmədiyinə görə elə səni hər şeyi bilən bir adam kimi tanıyacaq. Dul alsan, o deyəcək ki, yox, mən bilirəm. Çünki o köhnə ərindən çox şey öyrənib. Əgər ərindən boşanmış alsan, o heç sözə baxmayacaq. Bir söz deyəndə cin atına minib, “dəh” deyib sənnən də boşanacaq.

About these ads

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s