HAMLET İSAXANLI – Səni Sevdim Çox Sadəcə

Standart

Sənì sevdìm gündən-günə daha dolcun, daha ìncə,
Düşünmədən, daşınmadan, bər-bəzəksìz, çox sadəcə.
Sənì sevdìm yerə həsrət yacış kìmì, leysan kìmì,
Sənì sevdìm gözəllìyə heyran olan ìnsan kìmì.
Sadəcə, çox sevdìm sənì,
Sənì sevdìm çox sadəcə!..

Mahnılarda anılmadım, dastanlarda yoxdur adım;
Kərəm ünlü aşìqlərìn cərgəsìndə yer almadım,
Ìçìmdəkì acrıların atəşìndən kül olmadım…
Sadəcə, çox sevdìm sənì,
Sənì sevdìm çox sadəcə!..

Məcnun olub, dərdlì eşqlə səhralara üz tutmadım,
Ìnsanlardan uzaq düşüb ceyran-cüyür ovutmadım,
Xəyallara səcdə qılıb vüsalını unutmadım…
Sadəcə, çox sevdìm sənì,
Sənì sevdìm çox sadəcə!..
.
Fərhad olub, dəryaları məcrasından döndərmədìm,
Xosrov kìmì can yancımı məhəbbətlə söndürmədìm…
Dünyanın naz-nemətìnì sənə bəxşìş göndərmədìm…
Sadəcə, çox sevdìm sənì,
Sənì sevdìm çox sadəcə!..

Romeo tək tez od alıb yanmaq üçün doculmadım,
Vaqìf kìmì pərì, sona göllərìndə boculmadım,
Otello tək qısqanclıqdan, ehtìrasdan yocrulmadım…
Sadəcə, çox sevdìm sənì,
Sənì sevdìm çox sadəcə!..

Koroğlu tək eşq yolunda davalara alışmadım,
Haray salıb gözəllərìn məclìsìnə qarışmadım;
Ìsteý’dadlı aşìq kìmì Füzulìylə yarışmadım…
Sadəcə, çox sevdìm sənì,
Sənì sevdìm çox sadəcə!..

Sənì sevdìm gündən-günə daha dolcun, daha ìncə,
Düşünmədən, daşınmadan, bər-bəzəksìz, çox sadəcə.
Sənì sevdìm yerə həsrət yacış kìmì, leysan kìmì,
Sənì sevdìm gözəllìyə heyran olan ìnsan kìmì…
Sadəcə, çox sevdìm sənì,
Sənì sevdìm çox sadəcə!..

About these ads

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s